QOCA QURD

çox şeyi bilən, təcrübəli, çox hiyləgər adam; ~ köhnə qurd.

QOCA AT ARPA YEMİR?
QOCALIQDA YORĞALIQ
OBASTAN VİKİ
Qurd
Canavar (lat. Canis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinə aid heyvan cinsi. Qurdun qidası ilin mövsümündən asılı olaraq müxtəlif növ gəmiricilər, quşlar, sürünənlər, onların yumurtaları, qurbağalar, kərtənkələlər, xırda yırtıcılar və kənd təsərrüfatı heyvanları təşkil edir. Yuvalarını qayalıqlarda və suya yaxın yerlərdə düzəldirlər. == Etimologiya == Farscadan gələn Canavar sözü (جانور) fars dilində "Qurd" yox, "qulyabani, xoxan, bədheybət varlıq, monster" anlamını daşıyır, lakin Azərbaycan dilinə "qurd" anlamında daxil olub. Qurd indiki anlamında (köpəkkimilərdən bir yırtıcı heyvan) sözü birinci dəfə "Divanü Lüğat-it-Türk"də (1072–1074 illər) قُرتْ [kurt] şəklində istifadə olunub və yazarın bildirdiyinə görə, qurd sözünü bu anlamda ancaq oğuzlar işlədir, başqa türk dillərində isə bu söz yalnız soxulcan anlamını daşıyır. Bəzi mənbələrə görə, qədim Türk xalqı, canavardan qorxduğu üçün, onun adını (Börü) çəkmək istəmirdilər. Bunun uğursuzluq gətirildiyinə inanırdılar. Bu səbəblə, ona kiçik bir həşəratın, soğulcanın adını — qurd adını qoydular. Beləcə, qorxusuz şəkildə onun adını səsləndirə bilirdilər.
Qoca
Qoca — ad, təxəllüs. Qoca Səmədov — Qoca Yasamalski — Qoca Sənan Paşa — Fikrət Qoca — Yaşayış məntəqələri Qoca (Tikantəpə) — Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd.
Dəli Qurd
Dəli qurd - türk şairi, tarixçisi, yazıçısı və türk millətçiliyinin ideoloqlarından olan Hüseyn Nihal Atsızın 1958-ci ildə yazdığı romandır. == Mövzu == Roman, Osmanlı imperiyasında olan hadisədən bəhs edir. Osmanlıda çoxhakimiyyətlilik dövründə taxta namizədlərdən biri olan İsa bəy, gücünü itirməyə başlayınca xanımı Bala Xatunu adamlarından biri olan Çakıra əmanət edir və onu qaçırmasını istəyir. Çünki Osmanlı adətlərinə görə taxt uğrunda mübarizələrdə sadəcə həmin şəxsin özü yox, onun soyundan gələn hər kəs öldürülürdü və Bala Xatun da hamilə idi. Çakır uğurla Bala Xatunu qaçırır və süd anasının yanına yerləşdirir. İllər keçir, Çakır sipahi olur və süd anasının yanına gəlir. Süd anasının yanına getdiyi vaxt Bala Xatunun İsa bəyin ölümündən qısa müddət sonra öldüyünü öyrənir. Bu zaman İsa bəyin oğlu Murad böyümüşdür. At minməyi, hərəkətlərinə görə ona "Dəli qurd" ləqəbi verilmişdir. Murad, 16 yaşındakı Osmanlı ordusuna girmiş və qısa müddət sonra isə sipahi olmuşdur.
Qurd (dəqiqləşdirmə)
Qurd — canavar. Qurd — böcək. Qurd — Adi canavar. Qurd (repçi) — Azərbaycanlı repçi.
Qurd (repçi)
Fərid Eminov və ya tanınan adı ilə Qurd (tam adı: Fərid Nəsir oğlu Eminov; 20 may 1985, Bakı Azərbaycan) — Azərbaycanlı reper. == Həyatı == Fərid Nəsir oğlu Eminov 1985-ci il may ayının 20-sində Bakı şəhərində anadan olub (Əslən Cənubi Azərbaycanlıdır). İlk təhsilini 1992–2003-cü illər Bakı şəhər 8 nömrəli tam orta məktəbdə almışdır. 2003-cü ildə Azərbaycan Texniki Universitetinin Ekologiya fakültəsinə qəbul olmuş, 2007-ci ildə bitirmişdir. 2007–2008-ci illərdə öz hərbi xidmətini Azərbayacan Dövlət Sərhəd xidmətində yerinə yetirmişdir. Qurd birinci evliliyindən iki oğula sahibdir, Rəsul və Murad Eminovlar. 2021-ci ildə 2-ci dəfə ailə həyatı qurmuşdur. == Karyera == Öz fəaliyyətinə 2000-ci ildə Miri Yusifin layihəsi olan "Dəyirman" qrupunda başlayıb. Miri Yusif tərəfindən "Qurd" ləqəbi verilib və bu ləqəb ilə tanınır. İlk albomu (kaset) 2001-ci ildə "Allahım" olmuşdur.
Qurd Cəbrayıl
Qurd Cəbrayıl və ya Paxan Cəbrayıl (əsl adı: Cəbrayıl Əlibaxış oğlu Baxşıyev) — "Arxadan vurulan zərbə" bədii filminin əsas personajlarından biri. Filmdə mənfi obraz kimi təqdim olunsa da, insanların yaddaşında filmin qəhrəmanı kimi məhz Qurd Cəbrayıl qalıb. Elçin Əfəndiyevin "Ox kimi bıçaq" adlı kino-povesti əsasında çəkilən filmin qəhrəmanının real həyatda, yəni sənəd üzərindəki adı belədir: Baxşıyev Cəbrayıl Əlibaxış oğlu. == Həyatı == Qurd Cəbrayıl 1900-cü ildə Bakının Maştağa kəndində anadan olub. 6 aylığında anasını, 9 yaşında isə atasını itirən Cəbrayıl babasının himayəsində qalıb. Cəbrayılın ata babası Kərbəlayi Sonqulu indiki Bakı Dövlət Sirkinin yerində olan evdə yaşayırmış. "O olmasın, bu olsun" filmində belə bir epizod var. Dovğa satan bir kişi "Kəblə Sonqulu dovğası, Kəblə Sonqulu dovğası" deyərək, müştəri haraylayır. Əslində bu, Cəbrayılın babası Sonquludur. == Səhv gəmiylə Həştərxana == Zəmanəsində dadlı dovğa bişirməsi ilə tanınan babasının yanında dovğa satan 9 yaşlı Cəbrayıl uşaqlıqdan diribaş, həm də dəcəl olub.
Qurd adam
Qurd adam (ing. Werewolf) — canavara və ya canavarabənzər məxluqa çevrilə bilən mifik insan. Çevrilmə adətən tam ay gecəsində baş verir. Çox vaxt belə hesab edilir ki, bir adam başqa bir qurd adam tərəfindən dişləndikdən sonra qurd adam olur. Amerikanın Navaxo mədəniyyətində seçdikləri hər hansı bir heyvanın şəklini ala bilmə bacarığına malik olan müəmmalı mifik varlıqlar olan "skinwalker"lər barədə rəvayətlər mövcuddur. İnsanın qurdabənzər məxluqlara çevrilməsi anlayışına dünyanın bir çox mədəniyyətlərində, xüsusilə Avropa folklorunda rast gəlmək olar. Bu əfsanənin mənşəyi qədim dövrlərə gedib çıxır. Orta əsrlərdən öncə insanlar qurd adamları sadəcə xüsusi güclərə malik olan mifik bir varlıq kimi təsvir edirdilər. Avropada Xristianlığın geniş yayılmağa başlaması ilə qurd adamlarla bağlı anlayış da dəyişir. Qurd adamlara olan inanclar xristian dini ideyaları ilə qarışır.
Qurd qırmız
Tükbaş qurd
Tükbaş qurd (lat. Trichocephalus trichiurus) Dəyirmi qurdlar tipinin Nematodlar sinfinə aid olan növ. == Xarici quruluşu == Ağımtıl rəngdədir, uzunluqları 3,0 – 5,5 sm çatır. Bədənin ön tərəfi sap şəklində nazikləşmişdir.. == Həyat tərzi == Parazit həyat tərzi keçirirlər. İnsanın geniş yayılmış parazit qurdlarından biridir. Tükbaş qurdları yoluxmuş adamların yoğun bağırsağında yaşayırlar.Tükbaş qurdlarına yoluxma onun yumurtalarını udanda olur: tozlu havadan, çirkli əllərdən, yaxşı yuyulmamış meyvə-tərəvəzdən və s. Bağırsağın selikli qişasının dərinliyinə keçir və elə buna görə də bağırsaqdan çətin qovulur. Tükbaş çox geniş yayılmışdır. Yoluxma tükbaşın yumurtaları düşmüş suyu və ya qidanı qəbul etməklə baş verir (xüsusilə yaxşı yuyulmamış tərəvəzlə).
Yaşar Qurd
Arşak Yaşar Qurd (erm. Արշակ Յաշար Կուրթ, türk. Arşak Yaşar Kurt; 16 avqust 1968, İstanbul) — erməni əsilli Türkiyə rok musiqiçisi. Kriptoermənilərin nümayəndəsi olan Qurd əsl mənşəyini yalnız qırx yaşında bilmişdir. == Həyatı == Yaşar Qurt 1968-ci ildə İstanbulda anadan olmuşdur. 1974–1989-cu illərdə İstanbulda orta məktəblərin birində təhsil almışdır. 1990-cı ildə Əskişəhər Universitetinin İqtisadiyyat fakültəsinə daxil olmuş, oranı bitirmədən musiqi təhsili almağa başlamışdır. Yaşar Qurt universiteti tərk etdikdən sonra "Beyaz Yunus" adlı qrup yaratmışdır. 1994-cü ildə Kölndə "Sokak Şarkıları" albomunu çıxardıqdan sonra qrup Türkiyədə populyarlıq qazanmışdır.. 2007-ci ildə qırx yaşında olan Yaşar Qurd atasından əslində milliyyətcə türk deyil, erməni olduğunu öyrənmişdir.
Dəli qurd
Dəli qurd - türk şairi, tarixçisi, yazıçısı və türk millətçiliyinin ideoloqlarından olan Hüseyn Nihal Atsızın 1958-ci ildə yazdığı romandır. == Mövzu == Roman, Osmanlı imperiyasında olan hadisədən bəhs edir. Osmanlıda çoxhakimiyyətlilik dövründə taxta namizədlərdən biri olan İsa bəy, gücünü itirməyə başlayınca xanımı Bala Xatunu adamlarından biri olan Çakıra əmanət edir və onu qaçırmasını istəyir. Çünki Osmanlı adətlərinə görə taxt uğrunda mübarizələrdə sadəcə həmin şəxsin özü yox, onun soyundan gələn hər kəs öldürülürdü və Bala Xatun da hamilə idi. Çakır uğurla Bala Xatunu qaçırır və süd anasının yanına yerləşdirir. İllər keçir, Çakır sipahi olur və süd anasının yanına gəlir. Süd anasının yanına getdiyi vaxt Bala Xatunun İsa bəyin ölümündən qısa müddət sonra öldüyünü öyrənir. Bu zaman İsa bəyin oğlu Murad böyümüşdür. At minməyi, hərəkətlərinə görə ona "Dəli qurd" ləqəbi verilmişdir. Murad, 16 yaşındakı Osmanlı ordusuna girmiş və qısa müddət sonra isə sipahi olmuşdur.
Akça Qoca
Akça Qoca — Osmanlı Dövlətinin qurucularından, Osman Qazinin silah yoldaşlarından olub, Orxan Qaziyə də lələlik etmişdir. == Həyatı == Təqribən 1320-ci ildə İzmit və ətraf ərazilərinin fəthi ilə vəzifələndirilmişdir. Akça Qoca Sakarya ətrafına və İzmitə etdiyi hücumlarda buralarda bəzi qalaları əldə etmiş Ayan gölü (indi Sapanca gölü) tərəfindəki palankanı (ətrafı xəndəklərlə qazılmış kiçik qala) alaraq özünə qərargah etmiş və daha sonra Ermənibazarı və Kandırını zəbt etmiş və tayfa bəylərindən Qonur Alp ilə birlikdə Aydos və Samandıranı almışdılar. Samandıra qalası Akça Kocaya mülk olaraq verilmişdir. İzmit ilə Üsküdar arasındakı bütün Türk müvəffəqiyyətləri Akça Qoca ilə Abdurrahman Qazinin fəaliyyətləri sayəsində təmin edilmişdir. Akça Qocanın vəfatı 1326-cı ildə sonra olub qəbri Kandırada bir təpə üstündədir. Bunun adına nisbətlə İzmit vilayətinə Kocaeli deyilmişdir. Respublika dövründə Düzceye 50 km məsafədəki Akça şəhərə Akçaqoca adı verilmişdir. Akça Qocanın oğlu Hacı İlyas və nəvəsi Gebze qazısı Fəzlullah, Osmanlı Dövlətində əhəmiyyətli xidmətlər etmişlər.
Ağca Qoca
Akça Qoca — Osmanlı Dövlətinin qurucularından, Osman Qazinin silah yoldaşlarından olub, Orxan Qaziyə də lələlik etmişdir. == Həyatı == Təqribən 1320-ci ildə İzmit və ətraf ərazilərinin fəthi ilə vəzifələndirilmişdir. Akça Qoca Sakarya ətrafına və İzmitə etdiyi hücumlarda buralarda bəzi qalaları əldə etmiş Ayan gölü (indi Sapanca gölü) tərəfindəki palankanı (ətrafı xəndəklərlə qazılmış kiçik qala) alaraq özünə qərargah etmiş və daha sonra Ermənibazarı və Kandırını zəbt etmiş və tayfa bəylərindən Qonur Alp ilə birlikdə Aydos və Samandıranı almışdılar. Samandıra qalası Akça Kocaya mülk olaraq verilmişdir. İzmit ilə Üsküdar arasındakı bütün Türk müvəffəqiyyətləri Akça Qoca ilə Abdurrahman Qazinin fəaliyyətləri sayəsində təmin edilmişdir. Akça Qocanın vəfatı 1326-cı ildə sonra olub qəbri Kandırada bir təpə üstündədir. Bunun adına nisbətlə İzmit vilayətinə Kocaeli deyilmişdir. Respublika dövründə Düzceye 50 km məsafədəki Akça şəhərə Akçaqoca adı verilmişdir. Akça Qocanın oğlu Hacı İlyas və nəvəsi Gebze qazısı Fəzlullah, Osmanlı Dövlətində əhəmiyyətli xidmətlər etmişlər.
Aşıq Qoca
Aşıq Qoca (1900, Yuxarı Bozalqanlı, Tovuz rayonu – 1942) — aşıq, İkinci dünya müharibəsi iştirakçısı. == Həyatı == 1900-cü ildə Tovuz rayonunun Yuxarı Bozalqanlı kəndində anadan olmuşdur. Kiçik yaşlarından aşıqlıq sənətiylə məşğul olmağa başlamışdır. Uzun müddət Aşıq Hüseyn Bozalqanlının şagirdi olmuşdur. Aşıqlıq sənətindəki ustalığına görə də əsasən ona borcludur. Saz və söz məclislərində çalıb-çağırmasıyla çoxlarını arxada qoyurmuş. Şeirlərindən çox az bir qismi günümüzə gəlib çatan Qoca 1942-ci ildə cəbhədə həlak olmuşdur. == Mənbə == Azərbaycan Aşıqları və El Şairləri II, Bakı 1984, 314-320. Hümmət Əlizadə, Azərbaycan Aşıqları II, Bakı 1930, 149.
Elşad Qoca
Elşad Qoca (tam adı: Elşad Qoca oğlu İsayev; 2 may 1959, Yuxarı Körpülü, Noyemberyan rayonu) — yazıçı, publisist, tərcüməçi və tədqiqatçı jurnalist. == Həyatı == Elşad Qoca oğlu İsayev 1959-cu ilin may ayının 2-də Qərbi Azərbaycanın (indiki Ermənistan, Noyemberyan) İncəsu rayonunun Yuxarı Körpülü kəndində müəllim ailəsində doğulub. 1976–1977-ci illərdə Yuxarı Körpülü kəndində fəhlə işləyib. 1966–1976-cı illərdə Yuxarı Körpülü kənd orta məktəbində oxumuşdur. 1977–1982-ci illərdə indiki Bakı Dövlət Universitetinin (keçmiş ADU) jurnalistika fakültəsini bitirib. 1982–1984-cü illərdə leytenant rütbəsində sovetlər birliyinin Sibir və Ural Hərbi Dairələrində vzvod komandiri, rota komandirinin müavini vəzifələrində hərbi xidmət keçib. Bir müddət həmin dairələrin "Boyevoye Znamya" və "Sovetskiy voin" qəzetləri ilə hərbi müxbir kimi yaxından əməkdaşlıq edib. Uzun illər dövlət təhlükəsizliyi orqanlarında xidmət edib. Azərbaycan Vətən müharibəsi veteranıdır. == Jurnalist fəaliyyəti == Əmək fəaliyyətinə "Kənd həyatı" jurnalında (1984–88-ci illər) müxbir kimi başlayıb.
Hamlet Qoca
Hamlet Göyüş oğlu Qoca (22 dekabr 1942, Ağdaş – 7 may 2019, Bakı) — Azərbaycan yazıçısı, nasir-tərcüməçi, ictimai xadim. SSRİ Yazıçılar İttifaqının və Azərbaycan Yazıçılar Birliyinin üzvü. Fransa Mədəniyyət Nazirliyinin "İncəsənət və ədəbiyyat Komandoru" ordeni və fəxri adı laureatı. == Həyatı == Hamlet Qoca 1942-ci ilin 22 dekabr tarixində anadan olub. Orta təhsil illərindən Avropa dillərini öyrənməyə başlamış, Ağdaş şəhərində 1 saylı tam orta təhsil məktəbini bitirdikdən sonra 1960-cı ildə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun (indiki ADU) fransız dili və ədəbiyyatı fakultəsinə qəbul olunmuşdur. Təhsil illərində əlaçı olmuş, fransız dili ilə bərabər ingilis dilini də mükəmməl öyrənməyə səy göstərmiş, fransızca səlis, qramatik nitqə və tərcüməçilik qabiliyyətinə malik olmuşdur. 1963-cü ildə Tbilisidə keçirilən Tələbə Elmi Cəmiyyətlərinin Ümumittifaq konfransında fransız dilində məruzəsinə Fransalı nümayəndələr yüksək qiymət vermiş və təhsilinin davamı üçün onu Sarbon universitetinə dəvət etmişdilər, lakin dövrün məlum siyasətinin qoyduğu qadağalar qarşısında o, dəvətdən imtina etməyə məcbur olmuşdur. Hamlet Qoca hələ tələbə ikən 1964–1966-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix institutunda fransız dilində olan elmi-tarixi arxiv materiallarını ana dilimizə çevirməklə iş fəaliyyətinə başlamışdır. İnstitutu əla qiymətlərlə bitirəndən sonra 1966-cı ildə Afrikaya, Mali Respublikasındakı sovet səfirliyinə mütərcim təyinatı alır. 1968-ci ilə qədər burada çalışır və eyni zamanda Malinin tarixi-mədəni, ictimai-sosial, etnik xüsusiyyətlərini araşdırmaqla məşğul olur ki, bu da sənədli memuar tipli ilk əsərinin, "Tam-tamlar ölkəsində" (1971) kitabının yazılmasına imkan yaradır və sonralar bu silsiləni davam etdirərək işlədiyi, ezamiyyətdə olduğu Afrika ölkələrinin özəlliklərini əks etdirən "Afrikada gördüklərim" (1986), "Üç Afrika ölkəsi" (1989) kimi əsərlərini qələmə alır.
Qoca (Tikantəpə)
Qoca (fars. قوجه‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 646 nəfər yaşayır (128 ailə).
Qoca Qorm
Qoca Qorm (dan. Gorm den Gamle, q.skan. Gormr gamli, lat. Gormus Senex) və ya Süst Qorn (dan. Gorm Løge, Gorm den Dvaske; IX əsr – 964, bilinmir[d]) — Danimarka kralı. Qorm Danimarkanın cənubundan gələn hücumların qarşısını almaq üçün, arvadı Trianın təkidi ilə Godfred tərəfindən inşa olunan qalaları bərpa etmişdir. Qorm xaç suyuna salınmamasına baxmayaraq, Xristianlıq dininin yayılmasına müsbət yanaşırdı. Qoca Qormun ölümündən sonra hakimiyyətə oğlu I Harold gəlmişdir.
Qoca Səmədov
Qoca Çərkəz oğlu Səmədov (13 oktyabr 1959, Yevlax – 5 dekabr 2023) — Yevlax Şəhər İcra Hakimiyyətinin 2011–2019 illər arasında başçısı. == Həyatı == Qoca Səmədov 13 oktyabr 1959-cu ildə Yevlax şəhərində anadan olmuşdur. 1966–1976-cı illərdə M. Ə. Sabir adına 2 saylı şəhər orta məktəbində təhsil almışdır. 1976–1977-ci illərdə Yevlax şəhər 7№-li Səyyar Mexanikləşmiş dəstədə və Azərittifaqın Yevlax tədarük bazasında fəhlə işləmişdir. 1977-ci ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunun Gəncə filialına daxil olmuş, 1982-ci ildə Azərbaycan Texnologiya İnstitutunu bitirərək mühəndis–texnoloq ixtisasına yiyələnmişdir. 1982-ci ildə Şəki şəhəri İpək kombinatında sahə ustası kimi əmək fəaliyyətinə başlamışdır. 1982–1984-cü illərdə ordu sıralarında xidmət etmişdir. 1985–1996-cı illərdə Azərittifaqın Yevlax tədarük bazasında tədarükçü, 1996–2004-cü illərdə Yevlax rayonundakı "Qafqaz" Kooperativinin sədri işləmişdir. 2004–2005-ci illərdə Yevlax şəhər 1 saylı Mənzil Təmir İstismar sahəsinin rəisi vəzifəsində çalışmışdır. 2005–2006-cı illərdə Yevlax şəhər İcra Hakimiyyəti Başçısının şəhər təsərrüfatı üzrə müavini, 2006–2011-ci illərdə Yevlax şəhər İcra Hakimiyyəti Başçısının I müavini vəzifəsində işləmişdir.
Qoca Yasamalski
Qoca Yasamalski (tam adı: Əlibala Həmidov) — kriminal aləmin tanınmış oğrularından biri == Həyatı == Əlibala Həmidov 1972-ci ildə Bakı şəhərində anadan olub. Kriminal aləmdə "Qoca Yasamalski" ləqəbi ilə tanınıb. İlk dəfə Azərbaycanda 1992-ci ildə 14 il azadlıqdan məhrum edilib və 2000-ci ildə azadlığa çıxıb. 2009-cu ilin martında keçirilən əməliyyat zamanı "Qoca" sxodkada saxlanılıb. Sxodkada həmçinin "Masallı Mamed", "Dadaş Novxaninski" və "Yusif Bakinski" saxlanılıb. O narkotiklərin qanunsuz dövriyyəsilə bağlı cinayətlərə görə dövlətlərarası axtarışda olub. Qoca Yasamalski 18 avqust 2013-cü ildə Türkiyədə qətlə yetirilib. Onun meyitinin gətirilməsi kriminal aləmdə tanınan sima olan Adəm Avarskinin müşayiəti ilə həyata keçirilib. Cənazə 30-a yaxın avtoritetin müşayiəti ilə Bakı hava limanında qarşılanıb və Yasamal rayonu Şərifzadə küçəsinə gətirilib. Avqustun 20-də axşam məşhur avtorirtet Qoca Yasamalski həmin ünvandan son mənzilə yola salınıb.
Qoca xalçaları
Qoca xalçaları — Şuşa şəhərinin əski xalçaçıları Qarabağ tipinə aid olan xovlu xalça. == Ümumi məlumat == Şuşa şəhərinin əski xalçaçıları Qarabağ tipinə aid olan bu xalçalara "Qoca" adını vermişlər. Tədqiqatların nəticələri göstərir ki, əvvəllər onlar "Xocavənd" adlanırdı, XVIII əsrdən onlar "Xocan", XIX əsrdən isə Şuşada geniş yayılaraq, "Qoca" adı ilə məşhurlaşmağa başladı. Qeyd edək ki, Xocavənd əvvəllər Bərdə əyalətinə daxil olan qəsəbə idi, hazırda isə o, Qarabağda ayrıca bir rayondur. Haqqında danışılan xalçanın adlanması bir zamanlar "Xocavənd" kəndinin adı ilə bağlı olmuşdur. Qeyd edək ki, "Xoca" – Təbrizdə xalçaçılıq məntəqələrindən birinin adıdır. == Bədii analiz == "Qoca" xalçasının orta sahəsi məhz bu xalçaya aid olan xeyli sayda böyük əsas elementlərin mürəkkəb kompozisiyasından ibarətdir. Şübhəsiz, inkar etmək olmaz ki, xalça XVII əsrdə Qarabağın Bərdə şəhərində yaranmışdır və XIX əsrdə Şuşanın, Ağdamın və digər şəhərlərin xalçaçılıq məktəblərinə də keçmişdir. Lakin Bərdəni "Qoca"nın yarandığı yer hesab etmək düzgün olmaz. Nə üçün sualına cavab vermək üçün əsrlərə baş vurmaq lazım gəlir: XVI əsrdə Təbriz xalçaçıları "Şahabbası" adlanan yeni tip kompozisiyaya malik olan xalça yaratdılar.
Qoca xalçası
Qoca xalçaları — Şuşa şəhərinin əski xalçaçıları Qarabağ tipinə aid olan xovlu xalça. == Ümumi məlumat == Şuşa şəhərinin əski xalçaçıları Qarabağ tipinə aid olan bu xalçalara "Qoca" adını vermişlər. Tədqiqatların nəticələri göstərir ki, əvvəllər onlar "Xocavənd" adlanırdı, XVIII əsrdən onlar "Xocan", XIX əsrdən isə Şuşada geniş yayılaraq, "Qoca" adı ilə məşhurlaşmağa başladı. Qeyd edək ki, Xocavənd əvvəllər Bərdə əyalətinə daxil olan qəsəbə idi, hazırda isə o, Qarabağda ayrıca bir rayondur. Haqqında danışılan xalçanın adlanması bir zamanlar "Xocavənd" kəndinin adı ilə bağlı olmuşdur. Qeyd edək ki, "Xoca" – Təbrizdə xalçaçılıq məntəqələrindən birinin adıdır. == Bədii analiz == "Qoca" xalçasının orta sahəsi məhz bu xalçaya aid olan xeyli sayda böyük əsas elementlərin mürəkkəb kompozisiyasından ibarətdir. Şübhəsiz, inkar etmək olmaz ki, xalça XVII əsrdə Qarabağın Bərdə şəhərində yaranmışdır və XIX əsrdə Şuşanın, Ağdamın və digər şəhərlərin xalçaçılıq məktəblərinə də keçmişdir. Lakin Bərdəni "Qoca"nın yarandığı yer hesab etmək düzgün olmaz. Nə üçün sualına cavab vermək üçün əsrlərə baş vurmaq lazım gəlir: XVI əsrdə Təbriz xalçaçıları "Şahabbası" adlanan yeni tip kompozisiyaya malik olan xalça yaratdılar.
Vasili Qoca
Vasili Qoca (rum. Vasile Ioan Godja, d. 1955, Buxarest, Rumıniya) — Rumıniyalı futbol məşqçisidir. Onun şöhrəti, 1991-ci ildən 1994-cü ilə qədər Təbrizin Traktor Sazi klubunda uğurlu məşqçiliyi ilə qayıdır. Vasili Qoca hələ də Təbriz və Güney Azərbaycan xalqı arasında adlım və popular adamlar arasındadır.
Xeyrəddin Qoca
Xeyrəddin Sayəddin oğlu Qoca (29 yanvar 1950, Qulbəndə, Ağdaş rayonu) — Azərbaycan yazıçısı, nasir, dramaturq, tənqidçi, dövlət və siyasi xadim. Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı, Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Azərbaycan Respublikasının sabiq baş konsulu, Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri və "91-lər"in üzvü, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Şöhrət" ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü. == Həyatı == Xeyrəddin Qoca 29 yanvar 1950-ci ildə Ağdaş rayonunun Qulbəndə kəndində müəllim ailəsində anadan olmuşdur. 1967-ci ildə rayonun Qəsil kənd orta məktəbini bitirdikdən sonra N. Tusi adına Pedaqoji Universitetə qəbul olunmuş, 1971-ci ildə ali məktəbi bitirmişdir. 1975–1977-ci illərdə Jurnalist Sənətkarlığı İnstitutunda təhsil almışdır. 1971-ci ildə ordu sıralarında xidmət etdikdən sonra uzun müddət qəzet-jurnal redaksiyalarında, Dövlət Televiziya və Radio Verilişləri Şirkətində müxtəlif vəzifələrdə işləmişdir. "Politexnik" qəzetində müxbir (2.03.1974–03.1977), Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ştatdankənar müxbir (30.03.1977–08.1978, 26.07.1982–2.10.1985), Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Sosialist qanunçuluğu" jurnalında böyük redaktor (9.08.1978–6.07.1982), "Dan ulduzu" qəzetində baş redaktor (25.03.1987–29.03.1991), "Mədəniyyət" qəzetində baş müxbir (29.03.1991–08.1991), "Şeytan" jurnalında müxbir (1.08.1991–04.1992, 1.02.1993–04.1993), "Açıq söz" qəzetində redaktor müavini (10.04.1992–1.11.1992), "Mozalan" qəzetində redaktor müavini (1.11.1992–02.1993), "Yeni Azərbaycan" qəzetində baş redaktor (1.04.1993–12.1997) vəzifələrində çalışmışdır. Jurnalistikanın müxtəlif janrlarında minlərlə yazısı Azərbaycanda və xaricdə çıxan 100-dən çox müxtəlif adda qəzet və jurnalda dərc edilmişdir. Xaricdə və Azərbaycanda televiziya və radio efirində yüzlərlə verilişi, sujeti və çıxışları səslənmişdir.
Şəmsi Qoca
Şəmsi Adilxan oğlu Qocayev (27 aprel 1961, İlanlı, Amasiya rayonu) — Azərbaycanlı şair, publisist, pedaqoq. Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı və fəaliyyəti == Şəmsi Qoca 27 aprel 1961-ci ildə Qərbi Azərbaycanın Ağbaba mahalının Amasiya rayonunun Çaybasar (İlanlı) kəndində anadan olub. 1982-ci ildə Gəncə Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1982–2005-ci illərdə Saatlı rayonunun məktəblərində müəllim, direktor müavini, məktəb inspektoru, RTŞ-nin müdir müavini vəzifələrində işləyib. 2006-cı ildən 30 yanvar 2013-cü ilə qədər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Strateji təhlil, planlaşdılrma və kadrların idarəolunması sektorunda aparıcı məsləhətçi vəzifəsində işləmişdir. Müntəzəm olaraq dövri mətbuatda elmi-metodik, publisistik, ədəbi-tənqidi və pedaqoji məqalələrlə çıxış edir. "Qızıl qələm" və "Məmməd Araz" mükafatları laureatıdır. 2011-ci ildə "Qabaqcıl təhsil işçisi" adına layiq görülmüşdür. Bir sıra dərs vəsaitlərinin, tarix proqramlarının dərsliklərin və şeir kitablarının müəllifidir.